ABŞ-da uçan maşınlar istehsal olunacaq.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Alef Aeronautics” şirkətinin baş direktoru Jim Duchovny, avtomobilin 300 min dollara başa gələcəyini və 2025-ci ildə istehsal olunacağını bildirib.
Firmanın açıqlamasına görə, uçuş zamanı torla örtülmüş gövdənin havanın keçməsinə imkan verməsi avtomobilin heç bir təhlükəsizlik problemi olmadan havada qalmasına şərait yaradır. Yeni istehsal olunacaq bu avtomobil pərvanəli və elektrikli bir avtomobildir. Yarış avtomobili tərzi oturacaqları ilə sadə bir daxili dizaynı var. Avtomobil ayrıca yuxarıya doğru açılan bir cüt kəpənək qapısı ilə təchiz edilib.
Qeyd edək ki, avtomobilin uçuş məsafəsi 322 kilometr və uçuş məsafəsi 160 kilometrdir.