Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Miss Argentina” və “Miss Puerto Riko” EVLƏNDİLƏR

“Miss Argentina” və “Miss Puerto Riko” EVLƏNDİLƏR

“Miss Argentina” və “Miss Puerto Riko” iki illik münasibətdən sonra gizli şəkildə evlənərək sevgilərindən danışıb və izləyicilərini təəccübləndiriblər.

Argentinalı 26 yaşlı Mariana Varela və Puerto-Rikodan olan 22 yaşlı Fabiola Valentin ilk dəfə 2020-ci ildə “Miss Grand International” müsabiqəsində ölkələrini təmsil edərkən tanış olublar. Gizli nikahdan əvvəl qızlar münasibətlərini reklam etməyib və aralarında sadəcə dostluq olduğunu iddia ediblər.

 

Toy günündə xanımlar bu barədə sosial şəbəkədə paylaşım ediblər.

“Biz bu özəl gündə münasibətimiz haqqında danışmaq qərarına gəldik”, yazan aşiqlər eyni zamanda ağ qızılı brilyant nişan üzükləri taxılmış əllərinin fotosunu da paylaşıblar.