Amerikanın məşhur lotereyası Powerball cekpotunun 2 milyard dollarlıq uduşu Los Angelesdə qazanılıb.
“Qafqazinfo” xəbər verir ki, uduşlu bilet Kaliforniyanın Altadena şəhərindəki “Joe's Service Center”də satılıb .
Çekpotun 1,9 milyard dollar olacağı gözlənilsə də, tiraj zamanı məbləğ 2 milyard dolları keçib.
Powerball rəsmiləri bildiriblər ki, qalib birdəfəlik nağd ödənişi seçərsə, uduşun dəyəri xeyli azalacaq.
Qeyd edək ki, cekpot avqustun 6-da 20 milyon dollardan başlayıb.
Powerball hazırda 45 ştatda, eləcə də Vaşinqton, ABŞ Virgin Adaları və Puerto Rikoda oynanılır.