Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Adnan Oktarın həbs müddəti uzadıldı - 8658 İL

Adnan Oktarın həbs müddəti uzadıldı - 8658 İL

Türkiyədə bir sıra cinayətlərdə ittiham edilən təriqət lideri, "Harun Yəhya" ləqəbli Adnan Oktarla bağlı yeni hökm çıxarılıb. 

Axşam.az xəbər verir ki, məhkəmə Adnana şəxsi cinayətlərinə görə 891, digər cinayətlərə görə isə ümumilikdə 8658 il həbs cəzası verilməsi qərarı alıb.

Xatırladaq ki, 2018-ci il 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

Əməliyyatdan bir neçə gün sonra isə Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfindən müsadirə edilib.