Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

NASA insanların Ayda yaşayacağı tarixi açıqladı - YAXIN İLLƏRDƏ

NASA insanların Ayda yaşayacağı tarixi açıqladı - YAXIN İLLƏRDƏ

2030-cu ildə Ayda yaşamaq və işləmək mümkün ola bilər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, NASA adından danışan səlahiyyətli şəxs astronavtların 2030-cu ilə qədər Ayda yaşaya və işləyə biləcəyini açıqlayıb.

ABŞ Kosmik və Aeronavtika Agentliyində NASA-nın Orion kosmik gəmisi proqramının rəhbəri Hovard Hu Artemis 1 missiyasının uzun müddətli dərin kosmosun tədqiqinə doğru ilk addım olduğunu söyləyib.

 

"Şübhəsiz ki, bu onillikdə, səthdə nə qədər qalacağımızdan asılı olaraq, Ayda uzun müddət yaşayan insanlar olacaq. Onların yaşayış yerləri, kəşfiyyat vasitələri olacaq. Biz insanları Aya göndərəcəyik, orada yaşayıb elmlə məşğul olacaqlar”, - deyə Hu bildirib.