Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dodağını 32 dəfə böyüdən model görünüşü ilə MƏƏTTƏL QOYDU

Dodağını 32 dəfə böyüdən model görünüşü ilə MƏƏTTƏL QOYDU

Gözəllik arxasınca gedən bəzi qızlar özlərinə nəzarəti itirirlər. Belə ki, bolqarıstanlı Andrea İvanova dodaqlarının formasını bir az dəyişdirmək istəyib və dörd ildən sonra onları böyütmək üçün 32 dəfə estetik prosedur keçirib.

Bizim.Media xəbər verir ki, Andrea prosedurlara nə az nə çox, düz 8 min funt sterlinq (təxminən 16654 manat) xərcləyib.

“Mən rekord arzulayıram, ona görə də döyüşəcəyəm. Mən çox irəli getmişəm və nə qədər pul xərclədiyimi düşünmək belə istəmirəm”, - deyə İvanova bildirib. 25 yaşı tamam olan Andrea doğum günü hədiyyəsi olaraq, çənəsini əməliyyat etmək üçün cərrahlara müraciət edib. Onun məqsədi isə daha bir titul qazanmaqdır – “ən uzun və iti çənə sahibi”.

Həkimlərin fikrincə, belə bir təcrübə uğursuzluqla nəticələnə bilər. Ancaq Andrea üçün bu, onun planlarından imtina etmək üçün səbəb deyil. Çünki onun üçün düşündüyü bu gözəllik daha vacibdir.