Tanınmış meyxanaçı Elnur Valehin səhhətinin kritik olması heç kəsə sirr deyil. Meyxanaçının hər iki böyrəyi fəaliyyətini dayandırıb.
Müalicəsk üçün maddi çətinlik çəkən meyxanaçıya kasıbların dostu kimi tanınan Rusiyada yaşayan həmyerlimiz Taleh Şəmkirli dəstək olub.
O, meyxanaçıya 10 min manat pul göndərib.
Qeyd edək ki, həkimlər meyxanaçının ən qısa zamanda müalicə olunmadığı təqdirdə, həyatını itirə biləcəyini açıqlayıb.