Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyoner olmak ister” verilişində 3 illik aradan sonra ilk dəfə bir iştirakçı 1 milyonluq suala qədər gələ bilib.
“Qafqazinfo” xəbər verir ki, iştirakçıya təqdim oluanan 1 milyonluq sual “Dədə Qorqud boyu” ilə bağlı olub.
Belə ki, iştirakçıya təklif olunan cavablarda ona hansı xarakterin “Dədə Qorqud boyu”da iştirak etmədiyi soruşulub.
Sözügedən verilişdə verilən sual sosial şəbəkələrin Azərbaycan seqmentində də müzakirələrə səbəb olub.
Belə ki, sosial şəbəkə istifadəçilər sualın asan olduğunu bildiriblər.
Qeyd edək ki, proqram davam etdiyi üçün yarışmacının nə cavab verəcəyi hələ ki, bilinmir.