Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

2022-ci ildə ən çox satılan telefon markaları

2022-ci ildə ən çox satılan telefon markaları

 “Counterpoint” şirkəti 2022-ci ildə qlobal bazarda ən çox satılan telefon modellərinin adlarını açıqlayıb. Lent.az 2022-ci ildə ən çox satılan telefonların siyahısını təqdim edir.

1. Apple "İPhone 13"

"İPhone 13" seriyasının əsas modeli siyahının başındadır. Son illərin ən çox tələb olunan "İPhone" modelinin "İPhone 13" olduğunu söyləsək, yanılmarıq. Araşdırmanın nəticələrinə görə, "İPhone 13"ün bazar payı 5,5 faiz olaraq ifadə edilib.

2. Apple "İPhone 13 Pro Max"

Siyahıdakı ikinci ad "İPhone 13 Pro Max" modelidir. Xüsusilə, kamerası ilə istifadəçiləri valeh edən bu cihaz araşdırmalara görə ən çox tələb olunan modellər sırasındadır. Bazar payı 3,4 faiz təşkil edir.

3. Apple "İPhone 13 Pro"

Siyahının üstünlüyünü açıq şəkildə Apple-in əlində olduğunu görmək mümkündür. Siyahının 3-cü pilləsində "İPhone 13" seriyasının digər cihazı olan "İPhone 13 Pro" qərarlaşıb. Bu modelin bazar payı 1,8 faiz olaraq göstərilir.

4. Apple "İPhone 12"

Siyahının dördüncü sırasına gəldiyimiz zaman qarşımıza çıxan marka yenə Apple olur. Bu dəfə digər modellərdən fərqli olaraq "İPhone 12" seriyasına aid bir cihaz siyahıda yer alıb. Seriyanın əsas modeli olan "İPhone 12" hələ də qlobal bazarda tələb olunan cihazlar arasındadır. Araşdırmalara görə, 1,6 faiz ilə ən çox satılan telefonlar arasındadır. 

5. Samsung "Galaxy S22 Ultra 5G"

Apple-dən başqa siyahıda birinci olan digər qlobal texnologiya nəhəngi Samsung-dur. Samsungun ən son "Galaxy S" seriyası olan "Galaxy S22 Ultra" dünyada ən çox satılan telefonlar sırasındadır. Satış payı bütün telefon bazarının 1,5 faizini təşkil edir.

6. Samsung "Galaxy A13"

Araşdırmaya görə, Samsungun Galaxy A13 modeli də ən çox satılan telefonlar arasındadır. A13 modelinin bazar payı 1,4 faiz olaraq ifadə edilir. Bir qədər köhnəlmiş bu seriya qlobal bazar payının 1,4 faizini təşkil edir.

8. Samsung "Galaxy A03 Core"

Siyahının səkkizinci yerində hər büdcəyə uyğun olan bu model bizi qarşılayır. Qlobal bazarda onun payı 1,4 faiz olaraq ifadə edilir.

9. Samsung "Galaxy A53 5G"

Orta səviyyəli telefon xüsusiyyətlərinə sahib olan bu cihazı qiymət/performans məhsulları arasında saymaq mümkündür. Ümumi bazar payının 1,3 faizinə sahib olan məhsul, bir çox istifadəçinin sevdiyi telefon kimi görünür.

10. "Redmi Note 11 LTE"

Texnologiya nəhəngi Xiaomi də ən çox satılan telefonlar siyahısında ilk 10-a girməyi bacarıb. "Redmi Note 11 LTE" modeli araşdırma nəticələrinə görə, ən çox satılan telefon modeli olaraq qeyd olunur. Siyahının son pilləsində 1,3 faiz bazar payı ilə qərarlaşan Xiaomi də telefon sənayesində nə qədər əhəmiyyətli olduğunu sübut edir.