Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Ermənistan SSRİ sərhədlərini tanıyırsa..." Ermənistanda VƏZİYYƏT GƏRGİNDİR

"Ermənistan SSRİ sərhədlərini tanıyırsa..." Ermənistanda VƏZİYYƏT GƏRGİNDİR

“Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli, “Artsax”ı (Dağlıq Qarabağ-red) Azərbaycanın bir hissəsi hesab edirsiniz?”

Bu fikirləri Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan parlament sədri Ararat Mirzoyana ünvanladığı müraciətdə vurğulayıb.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yazıb. Məlumatda deyilir ki, ”Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistan parlamentinin sədri Ararat Mirzoyana açıq məktub ünvanlayıb. Müraciətdə deyilir: “Cənab Mirzoyan, Ermənistan parlament idarəetmə formasına sahib bir dövlətdir və siz parlamentin rəhbərisiniz, ixtisasca tarixçisiniz. Bu gün dövlətimizin sərhədləri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana görə, Sovet İttifaqının sərhədlərini qeyd etmək üçün Syunikdə (Zəngəzur-red) çəkilir.

Onda sizə 3 sualım var:

1․ Sovet İttifaqının 32 ildən bəri mövcud olmayan sərhədlərini tanıyırsınız? 1921-ci ildə Erməni “Artsaxı”nın Stalinin əmri ilə Sovet Azərbaycana necə köçürüldüyünü tarixdən bilirsiniz?

2. Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli “Artsax”ı Azərbaycanın bir hissəsi hesab edirsiniz?

3. Düşünmürsənmi ki, dövləti 32 il geri çəkərək, erməni xalqının azadlıq mübarizəsini, “Artsax” müharibəsini  bir heçə çevirdiniz. Müstəqil Ermənistan tarixinin məhv edilməsində və ümumiyyətlə, Ermənistanın sivil dünyada “yaramaz ölkəyə” çevrilməsində iştirakçı oldunuz? “

KONKRET.az