Türkiyənin ilk yerli hava hücumundan müdafiə sistemi olan “Hisar” raket kompleksinin istifadəyə veriləcəyi tarix bəlli olub.
SHOWNEWS.AZ xəbər verir ki, “Hisar-A +” raket sistemi 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına qoşulacaq.
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi altında ASELSAN və ROKETSAN tərəfindən həyata keçirilən “Hisar hava hücumundan müdafiə qrupu” layihəsi üç fərqli sistemlə inventara daxil olacaq.
Kütləvi istehsal mərhələsində olan və 15-20 kilometr məsafəyə mənzilli “Hisar-A +” raket sistemi eyni vaxtda 6 hədəfi vurmaq qabiliyyətinə malikdir.
Türkiyənin istehsal edəcəyi yerli raketlərdən sonra ABŞ-ın “Patriot”una ehtiyac qalmayacaq.
// Publika.az