İllərdir ermənilərin yaşadığı və istifadə etdiyi Gorus-Qafan yolunda əraziyə nəzarəti artıq Azərbaycan əsgərləri həyata keçirir. Bunu sübut edən videogörüntünü ermənilər sosial şəbəkədə yayıb.
SHOWNEWS.AZ xəbər verir ki, videonu “Çiçəklənən Ermənistan” partiyasından deputat Naira Zohrabyan sosial şəbəkə hesabında paylaşıb.
Qeyd olunub ki, video Gorusdan Bərgüşad çayına qədər təxminən 4 kilometrlik məsafədə çəkilib. “Google” xəritəsinə görə həmin yolun Azərbaycan ərazisinə daxil olduğu qeyd edilib.
Sosial şəbəkədə yayılan bu videogörüntü erməni istifadəçilərini daha da qəzəbləndirib və geniş müzakirələrə səbəb olub.