Ermənistanın Baş naziri Nikol Paşinyan Daxili Qoşunların 1700 polis əməkdaşını Sünikə (tarixi zəngəzur mahalı) göndərib.
SHOWNEWS.AZ "MediaPorta" istinadla xəbər verir ki, Baş nazirin Fərmanına əsasən 02:00 radələrində İrəvandan çıxan qüvvələr saat 05:00-da Sünikə çatıblar.
Bildirilir ki, Sünik sakinləri saat 06:00 radələrində bütün yolları bağlayacaqlar. Onlar, bununla Azərbaycan hərbçilərinin əraziyə girişini əngəlləməyə çalışacaqlar.
Məlumatda deyilir ki, Paşinyanın göndərdiyi polislərin əsas vəzifələri sakinlərin yolları bağlamasına imkan verməməkdir.
// Publika.az