Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"İnsan nə qədər abırsız olmalıdır ki..." - Deputat De Byaziyə qəzəbləndi

"İnsan nə qədər abırsız olmalıdır ki..." - Deputat De Byaziyə qəzəbləndi

"Milli komandanın oyunçularının hamısı yerli adamlar olmalıdır".

Bunu "Unikal"a açıqlamasında millət vəkili Aqil Abbas deyib. O bildirib ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi özündən razıdır:

"Dünən utanmadan deyir ki, yaxşı oynadıq. İnsan nə qədər abırsız olmalıdır ki, 5:0 hesabı ilə məğlub olandan sonra yaxşı oynadıqlarını desin. Futbol çətin məsələdir. Azərbaycanda uzun illər futbol olmayacaq. Ona görə ki, uşaq futbolu yoxdur. Rayonlarda da futbol inkişaf etmir, stadionlar da boş qalıb", - deyə A.Abbas vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan yığma komandası AVRO-2024-ün seçmə mərhələsinin iki oyununda 9 qol buraxıb. Belə ki, millimiz İsveçə 5:0, Avstriya yığmasına isə 4:1 hesabı ilə məğlub olub.