 
                                    
                        Ermənistan və Azərbaycan nümayəndələri sərhədin dəqiqləşdirilməsi üçün Tex-Kornidzor bölməsində görüş keçiriblər.
Bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Qeyd olunur ki, iki ölkənin nümayəndələri sərhədin dəqiqləşdirilməsi istiqamətində iş aparıblar.
"Nəticədə qeyd olunan bölmədə vəziyyət xeyli yaxşılaşıb”, - Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildiriblər. Hazırda işlər davam etdirilir./publika.az
 
             
                     
                     
                     
         
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            



