“Bu yaxınlarda sosial şəbəkələrdə bir yeniyetmənin uşaq evi ilə bağlı problemləri işıqlandırıldı. Bu məsələ ilə bağlı dövlət qurumları adekvat davranmadı”.
Bu fikirləri deputat Ceyhun Məmmədov Milli Məclisin iclasında deyib. O, sözügedən yeniyetmə ilə bağlı məsələnin efirlərdə həll edildiyini əlavə edib: “Sonda isə cəmiyyət görür ki, problemi dövlət qurumu yox, TV aparıcısı həll etdi. Müvafiq qurumlar belə məsələlərə qarşı həssas və diqqətli olmalıdır”.
Qeyd edək ki, son günlər 3 saylı Uşaq Evinin sakini olan yeniyetmənin həmin məkanı tənqid etdiyi üçün Psixi Xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Günlərlə davam edən müzakirələrdən sonra aparıcı Tarix Əliyev həmin yeniyetməni efirə çıxararaq Uşaq Evinin direktoru ilə görüşdürdüyünü, məsələnin həll edildiyini bildirmişdi.