İkinci Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərinin valideynləri paytaxt Yerevanda yenidən aksiya keçiriblər.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə məlumatı “24 News” yayıb.
Etiraz aksiyasında erməni qadın rəsmi İrəvanı övladlarının axtarışı istiqamətində fəaliyyətsizlikdə günahlandırır və Azərbaycanın tərəfinə keçməyə hazır olduğunu deyib:
“Bu qoyunlar analar qarşısında qapıları bağlayırlar, bizimlə hesablaşmırlar. Necə edim ki, mənim səsimi İlham Əliyev eşitsin? Əgər o mənim səsimi eşitsə, əlimdən tutub deyəcək ki, gəl birlikdə oğlunu tapaq. Mən buna əminəm. Əgər sizin imkanınız varsa, İlham Əliyevə övladlarımızı tapmaq üçün bizə təyyarə göndərməsini çatdırın. Əgər o bu xəbəri eşitsə, mütləq yardım edəcək. Buna əmin olun. Bizə ondan başqa heç kəs kömək edə bilməz”.
O, Ermənistan rəhbərliyini və müxalifəti lənətləyib:
“Bu insanlar heç nə edə bilmirlər. Bunu övladlarını itirmiş analar qrupunun adından bildirirəm. Bu qrup ötən gün Gorusda olub, orada bizə heç kim heç nə demədi. Sadəcə dedilər ki, gedin, əgər məlumat olarsa, biz sizə xəbər edəcəyik. Lənət olsun belə hakimiyyətə də, müxalifətə də!”.
“Caliber” youtub kanalına istinadən həmin görüntüləri təqdim edirik: