“Biz baş nazir vəzifəsini tutan şəxsin təcili istefasını tələb edirik”.
SHOWNEWS.AZ “News.am“a istinadən xəbər verir ki, bu tələb Ermənistanın 30-dan çox idmançısının birgə bəyanatında yer alıb.
İdmançılar ölkənin baş naziri Nikol Paşinyanı satqın adlandıraraq, onu idarəçilik qabiliyyətinin olmamasında ittiham ediblər.
"Baş nazir Vətənimizi parçalayaraq satqın hərəkətlərini davam etdirir. Bizim xalqımızın və ölkəmizin suverenliyi təhlükə altındadır. Satqın bizim dövlətimizi daha idarə edə bilmir", - deyə bəyanatda qeyd olunur.
// Unikal.org