Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ordumuz Zəngəzur sərhədinə niyə bu gün çıxdı? 21 dekabrın SİRRİ

Ordumuz Zəngəzur sərhədinə niyə bu gün çıxdı? 21 dekabrın SİRRİ

“Süniksiz (Zəngəzir) və “Arsaxsız” (Qarabağ). Ermənistanın güclü onurğası olan bu coğrafiya olmadan bizim bütöv vətənimiz mövcud ola bilməz”.

Bunu Zəngəzurun işğalını əsas rol oynayan faşist Qaregin Njde deyib. Njde ermənilik idealogiyasının qurucularından hesab olunur.

21 dekabr tarixi Njdenin ölüm günüdür və hər il bu tarixdə Ermənistanda ümumxalq yürüşləri keçirilir.

Zəngəzuru işğal edən Njdenin ölüm günündə Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngəzur bölgəsində müəyyənləşdirilməsi tarixi hadisədir. Hazırda Ermənistanın işğal dövründə Qubadlı-Zəngilan istiqamətində qanunsuz olaraq irəli çəkdiyi dövlət sərhədi bərpa olunur.

Ermənilərsə “Qarabağ getdi, növbə Sünikdədir”, “Türklər Sünik qapılarındadır”, “Biz Süniki verməycəyik” kimi çağırışlar edirlər. Onların fikrincə Sünik bölgəsində dövlət sərhədinin yenidən qurulması və zəbt etdikləri ərazilərdən çıxmaları Zəngəzurun qaytarılmasının başlanğıcıdır. Məntiqsiz deyillər...

Burada bəzi məqamlar diqqət çəkir:

- İlham Əliyevin ötən il Njdeni üzərindən etdiyi manevrləri;
- “Zəngəzur türk dünyasının coğrafi bölünməsinin səbəbidir” açıqlaması;
- Ermənistanın kapitulyasiya sənədində Naxçıvan dəhlizinin açılması;
- Naxçıvandan ikinci dəhlizin Azərbaycanın qərb rayonları ilə birləşməsi planı;

Heç nə təsadüf deyil və hər şey əslində 10 il öncə başlandı...

// Publika.az