Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İlham Əliyev Paşinyanla ayaqüstü söhbət etdi

İlham Əliyev Paşinyanla ayaqüstü söhbət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ankara şəhərində Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbət edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı fotolar türk mətbuatında yer alıb. 

Türkiyənin TRT telekanalı isə qısa söhbətin detallarını açıqlayıb. Belə ki, Azərbaycan və Ermənistan liderləri ikitərəfli münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər və gələn həftə yeni görüş keçirmək niyyətində olduqlarını bildiriblər.