Qarabağ münaqişəsi zamanı Ermənistan bütün dünyaya informasiya müharibəsini necə aparmaq olmaz nümunəsi göstərdi. Erməni kütləvi informasiya vasitələri və “Telegram” kanalları Azərbaycan qoşunları işğaldan azad edilmiş Şuşa şəhərində təmizlik işləri apardığı vaxt “möhtəşəm qələbələri” haqqında yazırdılar. Üçtərəfli bəyanatdan sonra Ermənistanın tamamilə məğlub olduğu üçün öz xalqını aldatmaqdan əl çəkəcəyi gözlənilirdi. Lakin reallıqda tamamilə başqa cür olurdu.
Son günlər Ermənistan mətbuatı və sosial şəbəkələrin erməni seqmenti rus sülhməramlılarının “Stepanakert aeroportu”nu açacağı barədə xəbərlər yayırlar. Əslində isə onlar Xocalı aeroportunu nəzərdə tuturlar. Həmçinin qeyd olunur ki, guya bu, erməni hərbi qüvvələrinin istəyi ilə Azərbaycanın iştirakı olmadan həyata keçirilir.
Bu fikirlər “Caliber” “Youtube” kanalının hazırladığı süjetdə yer alıb. Süjetdə erməni yalanlarının üstü açılıb, əslində həqiqətin nədən ibarət olduğu izah edilib.
Süjeti tam şəkildə buradan izləyə bilərsiniz: