Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Azərbaycanlılar bizə 20 dəqiqə vaxt verib” - ERMƏNİLƏRƏ NÖVBƏTİ ZƏRBƏ

“Azərbaycanlılar bizə 20 dəqiqə vaxt verib” - ERMƏNİLƏRƏ NÖVBƏTİ ZƏRBƏ

 “Azərbaycan əsgərləri kəndin sərhəddə düşən hissəsini boşaltmağımızı tələb edirlər”

 

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Azərbaycan - Ermənistan sərhədində yerləşən Şurnux kəndinin bələdiyyə başçısı Hakob Arşakyan deyib. 

 

O bildirib ki, Azərbaycan əsgərləri oradadır və kəndin yarısını tələb edirlər: 

 

“Artıq azərbaycanlılar Şurnux kəndindədir, delimitasiya aparılır. Təxminən 20 dəqiqə əvvəl gəldilər. Onlar bizdən 12 evlik ərazini tələb edirlər. Danışıqlar davam edir, lakin onlar israrlıdır. Düşmən tərəfi GPS istifadə edərsə, kəndin yarısını götürəcək. Azərbaycan əsgərləri kəndin sərhəddə düşən hissəsini boşaltmağımızı tələb edirlər”.


Xəbərdə deyilir ki, ermənilərə 20 dəqiqə vaxt verilib. Əks halda əsir götürüləcəkləri bildirilib. 

Bu hadisə ilə bağlı  Ermənistan mediası Paşinyanın fikirlərini dərc edib:

 

"Bu gün hökumət iclasında Nikol Paşinyan Vorotan və Şurnux kəndlərindəki vəziyyətin "ağrılı bir vəziyyətə səbəb ola biləcəyini" söylədi.

 

Evlərin köçürülməsi barədə sakinlərin düşmənlərin özləri, Azərbaycan əsgərləri tərəfindən məlumatlandırılması “vacibdir”, əks təqdirdə Nikol bu məsələyə çarə tapardı".