![“Türkiyə Azərbaycanın yanındadır” - Yaşar Güler “Türkiyə Azərbaycanın yanındadır” - Yaşar Güler](https://img.shownews.az/news/2023/09/photo_12129.jpg)
Sentyabrın 19-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, general-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.
Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.