Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı deyib.
Prezident bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.