ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya istehsalı olan peyvənddən istifadə etməyəcək.
SHOWNEWS.AZ xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Rebekka Ross Tvitter hesabında yazıb.
“Səfir Sallivan Rusiya Xarici İşlər Nazirliyinə vaksin təklifinə görə təşəkkür edir, amma rusiyalılar üçün nəzərdə tutulan “Sрutnik V” dozasını götürmək niyyətində deyil”, - Ross bildirib.