Bircə bunu eşidib, görməmişdik. Onu da eşitdik və gördük. Sən demə, Fransa prezidenti Emmanuel Makronla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında “özəl” münasibətlər var imiş. Münasibətləri deyilənlərə görə əsl “fransuzski” imiş. Sən demə, onlar arasında münasibət o qədər “özəl”dir ki, hər axşam yatmamışdan qabaq bir-birlərinə mesajlar yazırlar. Amma bu şərəfsiz Paşinyan tərəf müqabilin tez-tez xətrinə dəyir. Bunu Emmanuel Makron noyabrın 20-də erməni diasporu ilə nahar edərkən deyib. Sən demə, Paşinyan 44 günlük müharibə müddətində tərəf müqabilini yaddan çıxarıbmış. Heç bir dəfə də olsun yatmamışdan qabaq “Bonne nuit”- “iyi gecələr” demirmiş. Bax, burda müsyo Emmadan heç razı deyiləm. Ay firəng, bəyəm bilmirsən ki, nəinki 44 günlük müharibə müddətində, heç son 3 ayda Paşinyan yuxu yatıb ki?! Bəyəm Paşinyan günün hardan doğub, harda batdığını bilir ki?!
Amma Makron etiraf edib ki, mesaj yazmasa da, mesajlarıma Paşinyan tez cavab verir. Lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.
Ay şərəfsiz Paşinyan, bu fransız gədəsi sinov gedir ki, sən ondan nəsə xahiş edəsən. O da sənə bir az naz sata. Amma Makron bədbəxt bilmir ki, sənin də Volodyadan (Vladimir Putin) çəkinəcəklərin var. Axı, Volodya da insandır. Onun da hisləri var. O da qısqana bilər. Özündə bilirsən ki, rusun hirslənməsi pis olur. Ona görə də Paşinyanın sənə mesaj yazmamasına görə incimə. Bir də Nikol neynəsin axı. İrəvanla Paris arasında 3-4 saatlıq vaxt fərqi var. Sən yatmağa hazırlaşanda, İrəvanda gecə yarısı olur. Axı fransızlar etiket qaydalarını yaxşı bilir. Heç gecə yarısı da mesajlaşmaq olar. Bəs sənin özündən 20 yaş böyük arvadın buna görə sənə bir söz demir? Yoxsa o da başqaları ilə masajlaşır. Oy pardon, çaşdım. “Mesajlaşır” demək istəyirdim. Bir də ay Emmanuel, Söylünün sözü olmasın, sənin arvadın niyə doğmur? Yoxsa, sən də …san?
Mən də qəribə adamam ey! Emma normal kişi olsa idi, gecəni 20 yaş böyük arvadı ilə keçirərdi də. Daha Nikola niyə odlu-alovlu mesajlar yazırdı ki?! Nikolunda ki, dərdi batmanla gəlib, misqalnan çıxır. Qarabağdakı məğlubiyyət bir yandan, ölkədəki iqtisadi çöküş bir yandan, müxalifət də ki, digər yandan. Bütün bunlardan sonra Paşinyanda hey qalar?! Hələ arvadı Anna Akopyanın kaprizlərini demirəm. Bir tərəfdən baxanda heç Annanı da qınamaq olmur. Sən bir yandan, müxalifət bir yandan, Volodya isə o biri tərəfdən Paşinyanda can qoyursunuz ki, Nikol sevgili eratosuna baxsın?! Yanıq (“pardon”, yazıq yazmaq istəyirdim) Anna neynəsin?! O da azarını öldürmək üçün ha istəyir özünü versin Azərbaycan tərəfə, qızmış əsgərlərimizlə “əlbəyaxa” olsun. Ona da müxalifət imkan vermir .Dekabrın 25-də yenə istədi ki, gəlsin Azərbaycan əsgəri ilə “svidaniyaya”. Mərdimazarlar yenə Anna xanımın arzusunu gözündə qoydular. İndi bu yazıq Nikol neynəsin. Sənin nazına, Annanın qazına, Volodyanın pazına bu zavallı necə dözsün. Müxalifətçi köpək uşaqları da başqa bir bəladırlar. Gecə də evlərinə getmirlər. Paşinyanın qapısında uluyurlar.
Ona görə də Emma, dözmüsən, bir az da döz. Yəqin Milad bayramı günlərində Nikolun mesajlaşmaq üçün həm bəhanəsi olacaq, həm də ki, vaxtı. Çünki Volodya “novıy qodla” “starıy novıy qod” arasında iki həftə “zapoy”da olacaq. Müxalifət də ki, məcburən evlərinə gedəcək. Anna da boş dayanan deyil, yəqin özünə münasib bir “para” tapacaq. Bax, onda meydan qalacaq Nikolla sənə… Necə deyərlər: “Oxxx ayyy, çilə bülbülüm,çilə…”
YERİ GƏLMİŞKƏN: Fransa prezidenti Emmanuel Makronun erməni kökləri var. Makron Pikardiya Universitetinin nevrologiya professoru Jan-Mişel Makron və həkim Fransuaza Makron-Nogesin ailəsində doğulub. Onun ana tərəfdən babası Frederik Masonyan erməni mənşəlidir. Ona görə də Fransa prezidentinin hansı səbəblərdən erməniyönümlü bəyanatlarla çıxış etdiyi məlum olur.
KONKRET.az