Son 14 gündə Qarabağda Ermənistanın 1 111 hərbi qulluqçunun meyiti tapılıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, erməni əsgərlərinin meyitlərinin axtarışları hələ başa çatmayıb. Hazırda üç qrup müharibədə öldürülmüş erməni hərbçilərin meyitlərini axtarır. Məlumata görə, axtarışlara itkin düşmüş erməni hərbçilərin doğmaları da cəlb edilib.
Xatırladaq ki, dekabrın 25-də Ermənistan mətbuatı noyabrın 13-dən Qarabağ müharibəsində həlak olmuş 1 059 erməni əsgərinin meyitinin aşkarlandığını xəbər verib. Qeyd edilirdi ki, itkin düşmüş daha 537 erməni hərbçinin axtarışı aparılır.
Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.