Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin nəşinin erməni əsgərləri tərəfindən yandırılması ilə bağlı video yayılıb.
Ombudsman Səbinə Əliyeva “Twitter” hesabında həmin dəhşətli görüntüləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
O qeyd edib ki, videodan əsgərin sağ olub-olmamasını müəyyənləşdirmək çətindir:
“Bu qəddarlıq Ermənistanın Azərbaycana qarşı nifrətinin açıq sübutudur və hərbi cinayətdir”.
Ombudsman paylaşımına Avropa İnsan hüquqları üzrə müvəkkil Dunja Mijatoviçi, Beynəlxalq Qırmızı Xaç Komitəsini (ICRC) də işarələyib.