“Azərbaycan Prezidenti həmişə unikal addımlar atıb. Təklif edirəm ki, Azərbaycanda qələbə münasibətiylə həbsxanada qadınlar qalmasın”.
SHOWNEWS.AZ xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə deyib.
O qeyd edib ki, bu il əfv və amnistiya ilə bağlı məsələlər uzun çəkdi: “Aidiyyatı strukturlar bu işi çatdıra bilməyiblər. Ancaq Azərbaycan Prezidenti həmişə unikal addımlar atıb. Təklif edirəm ki, Azərbaycanda qələbə münasibətiylə həbsxanada qadınlar qalmasın. Mən televizorda baxdım ki, uşaqlar da onların yanındadır. Onların günahı nədir ? Gələcəkdə də ümumiyyətlə Milli Məclisdə amnistiya aktının qəbul edilməsi yaxşı olardı”.