Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elektrik stansiyası və 30 hektar ərazi Azərbaycana qaytarılır ERMƏNİLƏRƏ NÖVBƏTİ ZƏRBƏ

Elektrik stansiyası və 30 hektar ərazi Azərbaycana qaytarılır ERMƏNİLƏRƏ NÖVBƏTİ ZƏRBƏ

Ermənistan Sünik vilayətinin Qarayanc kəndindəki onlarla hektar ərazini və ərazisindəki su elektrik stansiyasını Azərbaycana qaytaracaq.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Gorus şəhər merinin müavini Menya Ovsepyana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, söhbət 30 hektar bağdan gedir.

Bununla yanaşı, Ovsepyan gileylənib ki, Ermənistan hökuməti onlarla əlaqəyə girməyib və yaranmış vəziyyəti izah etməyib.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda-Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşir. Yəni, Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.

/ "Virtual"