“Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında deyib.
“Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”, - deyə dövlət başçısı bildirib.