Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Trampın tərəfdarları Konqresin binasına girdilər - ABŞ QARIŞDI

Trampın tərəfdarları Konqresin binasına girdilər - ABŞ QARIŞDI

ABŞ-da Donald Trampın tərəfdarları Capitoliya binasına daxil olaraq iclas zalını mühasirəyə alıblar.

Publika.az xəbər verir ki, bu barədə senator Ceyms Lenkford öz “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, Capitoliya binasına daxilində D. Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verib.

 

 

***

23:49

ABŞ-ın paytaxtı Vaşinqtonda etirazçılar Kapitoli ətrafındakı hasarlar vasitəsilə binalardan birinə daxil olublar.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edilir ki, polis Trampın tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.

Polis əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar zamanı bir neçə nəfər xəsarət alıb.

Yerli mətbuatın məlumatına görə, Konqresin binası polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Buna baxmayaraq, Trampın tərəfdarları binaya daxil olmağa cəhd göstərirlər.

ABŞ Senatı Konqres qarşısındakı etirazlara görə, iclasını yarımçıq dayandırıb.

Senator Lenkford bildirib ki, etirazçılar Kapitoli binasına soxulublar və Senatın zalını əhatəyə alıblar.

***

22:48

ABŞ prezidenti Donald Trampın tərəfdarları Kapitolinin binasına daxil olmağa çalışırlar.

Publika.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı xəbər verir.

Qeyd edilir ki, onlarla polis arasında toqquşmalar baş verib.