Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı olub.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putinlə Makron sabah Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada baş tutacaq görüşü barədə müzakirə aparıblar. Makron Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini dəstəklədiyini bildirib.
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin koordinasiya edilməsi çərçivəsində Rusiya Prezidentinin fransalı həmkarı ilə telefon danışığında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçiriləcək üçtərəfli görüşü ilə bağlı bəzi məsələlər müzakirə edildi. Bu danışıqlarda ilk növbədə 10 Noyabr 2020-ci il tarixində imzalanmış ortaq bəyanatın icrası, bölgədə sülhün təminatı üçün atılacaq gələcək addımların nəzərdən keçirilməli olduğu qeyd edilib”, - deyə Kremlin məlumatında bildirilir.