Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Siyavuş Novruzov ziyalılara səsləndi: “Müharibə vaxtı hardaydınız?” - VİDEO

Siyavuş Novruzov ziyalılara səsləndi: “Müharibə vaxtı hardaydınız?” - VİDEO

"Rəhmətlik Heydər Əliyevin gözəl bir sözü vardı: “Mövqeyini bildir”. Space televiziyasına minnətdaram ki, onun haqda gözəl filmlər çəkib və xalqa göstərib. İnanıram ki, bundan sonra da ümummilli lider haqda yeni filmlər çəkiləcək. Onun açılmayan, deyilməyən fikirləri ictimaiyyətə çatdırılacaq."

"Onun bir kəlməsini də xatırladım, Naxçıvanda olanda ziyalılardan biri yaxınlaşıb ki, Heydər Əliyeviç, hər şeyin ölçüsü var. Məsələn, işıq amperlə ölçülür, su litrlə, çəki kilo ilə ölçülür. Sədaqətin, vəfalığın ölçüsü varmı? Sual verən sədaqətsiz bir adam olub. Ulu Öndər cavab verib ki, var və o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsizdir”.

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov “Space” televiziyasının “Sadə həqiqətlər” proqramında səsləndirib. 

Onun sözlərinə görə, həmin ziyalıları xalq yetişdirib, alim, professor, akademik edib”.

“Müharibə zamanı Rusiya telekanallarında diskussiya gedirdi. Bunlar gedib o studiyaların qapılarını sındırmalı idilər. Gözləyirlər ki, Prezident Aparatından kimsə zəng edib desin ki, dur, get danış. Bəs sənin vətəndaş məsuliyyətin hanı? Bəs sənin bu xalqa olan hörmətin nədən ibarətdir.

Ev, orden olanda deyirsən ki, birinci mənə versinlər. Uşağı xarici səfirlikdə işləyən məninki olsun. Bəs Vətənin ağır günündə hardasan? Gözləməlisən? Bax, o adamlardan qorxulusu yoxdur. Kənddə oturan bir çoban, əkinçi, fermer ondan daha ləyaqətlidir. Çünki o, mövqeyini ortaya qoyur, uşağını döyüşə göndərir.

"Biz analar gördük ki, oğlundan əvvəl özü qəbrin içinə girdi. Analar gördük ki, mahnı oxuya-oxuya dəfnə getdi. Bəs siz hardaydınız? Düşün qabağa, axı siz ziyalısınız”, - deyə Siyavuş Novruzov ziyalılara səslənib.