Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Babayan müxalifəti aeroporta çağırdı: Paşinyanı Moskvaya qoymayın!

Babayan müxalifəti aeroporta çağırdı: Paşinyanı Moskvaya qoymayın!

Ermənistanın "Vətən" partiyasının funksioneri Arsen Babayan müxalifət tərəfdarlarını baş nazir Nikol Paşinyanın Moskvaya getməsinin qarşısını almağa çağırıb.

Bu barədə Babayan "Facebook" səhifəsində Paşinyanın Rusiyaya səfərinə mane olmaq üçün səhər saat 08: 00-dan etibarən Zvartnots hava limanında olacağını yazıb.

"Bizə qoşulun və birlikdə vətənimizin məhvinin qarşısını alacağıq", - deyə o bildirib.

Xatırladaq ki, sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Görüş zamanı 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrasını nəzərdən keçirmək və bölgədəki problemlərin həlli üçün gələcək addımları müzakirə etmək planlaşdırılır.

Bizim.Media