Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ermənistanın yeganə çıxış yolu budur: yeni DÖVLƏT QURMAQ VƏ... - Sarkisyandan ŞOK

Ermənistanın yeganə çıxış yolu budur: yeni DÖVLƏT QURMAQ VƏ... - Sarkisyandan ŞOK

“Ölkədə dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran var, bunun yeganə çıxış yolu “ağlabatan müddətdə” erkən seçki keçirməkdir”.

SHOWNEWS.AZ xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan belə hesab edir.

“4-cü resbulikaya doğru” məqaləsini qələmə alan erməni prezident bildirib ki, yalnız məntiqi və mədəni çıxış yolu, Seçki Məcəlləsinə və Konstitusiyaya lazımi dəyişikliklərlə ağlabatan bir vaxt çərçivəsində real dövlət quruculuğu prosesinə sıfırdan başlamağa imkan verəcək erkən seçkilər keçirməkdir.

A.Sarkisyan hesab edir ki, erkən seçkilərdən əvvəl prezident institutunun köməyi ilə milli razılıq hökuməti qurulmalıdır.

Sarkisyan bu hökumətin qarşısında duran üç vəzifəni vurğulayıb: müharibənin nəticələrinin aradan qaldırılması, ölkəni siyasi və iqtisadi böhrandan çıxarmaq üçün bir yol xəritəsinin hazırlanması, həyata keçirilməsi, habelə qarşıdan gələn seçkilərə şərait yaratmaq üçün qanuni və tənzimləyici bazanın islahatı: “Müharibə və məcburi keçid mərhələsinin yaratdığı ümummilli şokdan sonra bu məqalədə şərti olaraq “Dördüncü respublika” adlandırdığımız yeni bir dövlət qurmağa başlamaq lazımdır”.

// publika