Türkiyə ilə Yunanistan arasında tədqiqatlarla bağlı danışıqların 61-ci turunun 2021-ci il yanvarın 25-də İstanbulda keçirilməsi haqqında razılıq əldə edilib.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Egey dənizində aparılan araşdırmalarla bağlı hər iki tərəfin qəbul edə biləcəyi “Ədalətli, davamlı və əhatəli” bir həll yolu hazırlamaq istiqamətində aparılan danışıqlara 2002-ci il martın 12-də Ankarada başladılıb.
Danışıqların sonuncu 60-cı turu 2016-cı il marın 1-də Afinada keçirilib. Bu tarixdən sonra o dövrün yunan hökuməti tərəfindən dayandırılan danışıqlar siyasi məsləhətləşmələr formatında davam etdirilsə də, araşdırma mərhələsinə qayıtmayıb.