Azərbaycan Mərkəzi Bankı yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata əsasən, layihənin dəyəri 218 milyon avrodur, təxminən 452 milyon manat
"Tekfen Holdinq" verdiyi açıqlamada layihə inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.
Qeyd edək ki, Mərkəzi Bankın bu məbləğə bina tikdirməsi ilə bağlı planı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.