Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

XİN-dən Ermənistan nazirinə Qarabağa səfərlə bağlı SƏRT XƏBƏRDARLIQ

XİN-dən Ermənistan nazirinə Qarabağa səfərlə bağlı SƏRT XƏBƏRDARLIQ

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbs edilən sabiq icraçı direktoru Vüqar Səfərli 12 il azadlıqdan məhrum edilə bilər. 

SHOWNEWS.AZ xəbər verir ki, bunu açıqlamasında Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib.


O, qeyd edib ki, Vüqar Səfərli ağır maddələrlə ittiham olunur:

“Bütün bu maddələlərdəki ittihamlar öz əksini tapsa, Vüqar Səfərlini 10-12 il həbs cəzası gözləyir. Hər halda bu, istintaqın hərəkətindən də asılı olacaq. Ola bilsin ki, yeni epizodlar çıxsın və ya hansısa əməllərə xitam verilsin”.


Vəkil qeyd edib ki, ittiham olunan şəxsdən dəymiş zərərə görə təzminat da tələb olunacaq:

“Onun bank hesablarında pulu olmasa, şəxsi əmlaklarına həbs qoyula bilər. Adətən belə adamlar əvvəlcədən öz işlərini möhkəm tuturlar. Adlarına nə bank hesabı, nə də əmlak olur. Vüqar Səfərli kimiləri əmlak və bank hesablarını müxtəlif şəxslərin adlarına qeydiyyatdan keçirirlər. Görünür, istintaq hər halda burada daha ətraflı və kökündən işləməlidir. Külli miqdarda məbləğləri yeməyə, geyinməyə və ya yeni maşın almağa xərcləmək mümkün deyil. Bu xərclər mütləq ölkədaxili və ya ölkəxaricində daşınmaz əmlakda, eləcə də biznesdə yatızdırılıb”.

Qeyd edək ki, Respublika Prokurorluğunun iş üzrə toplanmış ilkin sübutları əsasında Prezidentin sabiq köməkçisi Əli Həsənovun sağ əli hesab edilən Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən həbs edilib. 

Hazırda cinayət işi üzrə qeyd edilən korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Alçina Amilqılzı, Bizim.Media