Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qəzaya görə Çeçenistanda matəm elan olundu

Qəzaya görə Çeçenistanda matəm elan olundu

AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Çeçenistanda dekabrın 28-i matəm elan olunub.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov sərəncam imzalayıb.

Sənədə əsasən, respublikada dövlət bayraqları endiriləcək. Mədəniyyət təşkilatlarına, televiziya və radio şirkətlərinə dekabrın 28-də əyləncəli tədbirləri və proqramları ləğv etmələri tövsiyə olunub.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.