Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Macarıstan Qarabağın bərpasına qoşulur: 100 milyon dollar ayırdı

Macarıstan Qarabağın bərpasına qoşulur: 100 milyon dollar ayırdı

Azərbaycan və Macarıstan macar şirkətlərinin İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər.

Bu barədə Macarıstanın Xarici işlər və Ticarət naziri Peter Siyarto öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, həmin məsələ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə videokonfrans zamanı müzakirə olunub:

"Macarıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişə başa çatdıqdan sonra biz macar şirkətlərinin müharibə nəticəsində zərər dəyən rayonların bərpasında iştirakı məsələsini müzakirə etmişik".

P.Siyarto qeyd edib ki, Azərbaycan tərəfi bu fikri alqışlayıb və Macarıstanın "EximBank"ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Nazir əlavə edib ki, müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib. (trend)