Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Azərbaycana qarşı revanş çağırışlarını pisləyib. Vitse-spiker belə çağırışları ziyanlı hesab edir.
O açıqlamasında deyib: “Bu gün bir çox ekspertlər, müxtəlif şəxslər deyirlər ki, bir neçə illik dinc həyatdan sonra biz güclü olarıq, silahlanarıq və sonra qələbə payımızın ardınca gedərik. Bağışlayın, mən bu düşüncəni reqressiv və ziyanlı hesab edirəm. İstəyirəm ki, mənə barmaqla göstərsinlər, onlar kimin 18 yaşlı oğlunun hesabına bunu etmək istəyirlər”.Nazaryanın fikrincə, Ermənistanın bütün qonşuları ilə uzunmüddətli sülhün təmin edilməsinə can atmaq lazımdır.
Vitse-spiker, həmçinin müxalifətin “müharibəni uduzan lider danışıqlar apara bilməz” tezisinə də münasibət bildirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan işlərin real vəziyyətini indi hamıdan yaxşı təsəvvür edir və başqaları kimi buludlarda süzmür.