Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Türkiyənin quru yolu ilə Bakıya çıxmaq arzusu həyata keçir” - Melkonyan

“Türkiyənin quru yolu ilə Bakıya çıxmaq arzusu həyata keçir” - Melkonyan

Türkiyə faktiki olaraq çoxillik məqsədə – Azərbaycanla quru əlaqə qurmağa nail olub.

SHOWNEWS.AZ xəbər verir ki, bunu “Sputnik Ermənistan” nəşrinə Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Ruben Melkonyan bildirib.

Onun sözlərinə görə, Türkiyənin regional ambisiyaları ilə bağlı indiki kimi imkanları olmayıb.

Ankara uduşlu vəziyyətə düşüb, çünki regiona nüfuz edə bilib, qismən də Qarabağ münaqişəsində müəyyən rol oynayır. Türkiyə, məsələn, 2010-cu ildə olan Türkiyə deyil.

"İndi onun Qarabağ məsələsində ən azı de-fakto statusu var. Türkiyənin Azərbaycanda hərbi mövcudluğu əvvəllər də olmuşdur, indi isə daha da legitimləşdirilmişdir. Orada nə qədər qoşunların olacağı, qanuni bazanın olub-olmayacağı, "sülhməramlılar" rolunda və ya başqa statusda çıxış edəcəyi məlum deyil. Hərçənd “sülhməramlılar" gecə ərzində bazaya çevrilə bilər. Türkiyə regionda irəliyə doğru addım atıb", - deyə Melkonyan vurğulayıb.

Son 100 ildə regionda formalaşan balans pozulmuşdur. 

Melkonyan hesab edir ki, vəziyyət təxminən 1920-ci illərin dövrünə qayıdıb.

Ekspert qeyd edib ki, Türkiyə Azərbaycanla Naxçıvan vasitəsilə hər cür quru əlaqəsinə nail olmaq istəyir.

"Bu əlaqə Ermənistan ərazisindən keçməlidir, lakin İrəvan subyektlik nümayiş etdirmir. Bu, necə yol olacaq,  necə fəaliyyət göstərəcək. Burada çoxlu məsələlər, o cümlədən texniki məsələlər var", - deyə Melkonyan bildirib.

O deyib ki, gələcək dəmir yolundan söhbət gedəndə bizə iqtisadi və biznes faydalarını göstərirlər, Ermənistanın parlaq gələcəyindən danışırlar.

Amma əvvəlki dəmir yolundan nə qalıb, necə bərpa olunacaq? Bu, yeni texniki tələblərə uyğundurmu?

"Suallar çoxdur, amma peşəkar komanda yoxdur ki, nəinki bu məsələləri həll edə bilsin, həm də vəziyyəti cəmiyyətə normal təqdim edə bilsin. Adi insanlar başa düşməlidirlər ki, onlar üçün sərhədlərin açılması nə deməkdir, təhlükəsizlik səviyyəsi nədir. Reallıqla əlaqəsi olmayan hansısa qondarma layihələrdən danışmaq lazım deyil", - deyə Melkonyan qeyd edib.

Beləliklə, Türkiyənin quru yolu ilə Bakıya çıxmaq üçün 100 illik arzusu həyata keçir.

Xatırladaq ki, yanvarın 11-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli danışıqları keçirilib.

Nəticədə, quru və dəmir yolu əlaqəsinin açılmasını nəzərdə tutan birgə bəyanat qəbul edilib.

Bizim.Media