Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Paşinyan İTV-yə müsahibə verdi

Paşinyan İTV-yə müsahibə verdi

Albaniyada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib: “Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.