Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada Üzeyir Hacıbəyli adına öz hesablarına məktəb tikmə ilə bağlı təklifinə münasibət bildirib.
SHOWNEWS.AZ-ın məlumatına görə, Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Türkiyədəki bir çox qurumlar Azərbaycana dəstəklə bağlı çağırışlar edib.
"Bunlar Azərbaycan hökumətinin verəcəyi qərardan asılıdır. Müvafiq qərar qəbul olunarsa, Türkiyənin əlaqədar qurumlarına məlumat veriləcək. Türkiyə müharibə dövründən sonra da Azərbaycana hər cür dəstək olmaq məqsədilə səfərbər olub. Şəhid və məcburi köçkün ailələrinə kömək məqsədilə Türkiyədən ölkəyə gələnlər var".