“Sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərində ermənilərin kompakt yaşamasına təbii yanaşa bilərik, amma burada onların söz sahibi olması düzgün olmaz. Rəsmi mövqe də bundan ibarətdir”.
SHOWNEWS.AZ xəbər verir ki, Bu sözləri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. O bildirib ki, Qarabağla bağlı əsas məsələlər Azərbaycan-Türkiyə-Rusiya formatında müzakirə edilib:
“Yeri gəlmişkən, Mehri dəhlizinin açılması Türkiyənin də marağındadır. 100 minlərlə insanın gediş-gəlişi asanlaşacaq. İqtisadi baxımdan da bu, vacib dəhlizdir. Əslində bunu əldə etmək bizim üçün strateji məsələ idi. İndiki mərhələdə bu məqsədə nail olmağımız çox vacib uğurdur.
Həminin, Laçın dəhlizindən və ya başqa ərazilərdən Ermənistan vətəndaşları Azərbaycan tərəfinin razılığı və nəzarəti əsasında bizim ərazilərə daxil olmalıdır. Bunun başqa yolu yoxdur. Sözsüz ki, erməni hərbçiləri, silah-sursat yox".
Mahir Xəttab // Redaktor.az