Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Qarabağ üçün 2,2 milyard manat xərclənəcək” - nazir “Bloomberg”ə danışdı

“Qarabağ üçün 2,2 milyard manat xərclənəcək” - nazir “Bloomberg”ə danışdı

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg” agentliyinə müsahibə verib.

SHOWNEWS.AZ-ın məlumatına görə, nazir müsahibəsində Azərbaycanda koronavirusla bağlı iqtisadi vəziyyəti dəyərləndirib. O həmçinin Vətən Müharibəsi və onun nəticələrindən də danışıb.

“Azərbaycan iqtisadiyyatı koronavirusa görə ötən il 4,3 faiz geriləmişdi. Bu il isə 3,4 faiz artım gözləyirik. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun da ölkəmizlə bağlı builki proqnozları nikbindir. Dünya Bankı bu il iqtisadiyyatımızın 1,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 2 faiz böyüyəcəyini proqnozlaşdırır”.

Nazir Azərbaycanın ərazi bütövlüyü uğrunda  apardığı müharibədən sonra bölgədə yaranan yeni reallıqdan danışıb. 

“44 günlük müharibə və Rusiyanın vasitəçiliyi ilə imzalanan Bəyanatdan sonra işğal altındakı torpaqlar azad edilib.Müharibədən sonra böyük yenidənqurma planları var. Nəqliyyat əlaqələri genişlənəcək, yeni geosiyasi reallıqlar Azərbaycan iqtisadiyyatında böyüməyə və məşğulluğa önəmli töhfə verəcək”, - M.Cabbarov əlavə edib.

O vurğulayıb ki, ölkəmiz işğaldan azad olunmuş ərazilərimizin inkişafı üçün 2,2 milyard manat xərcləyəcək.