ABŞ-ın seçilmiş Prezidenti Cozef Bayden inauqurasiyası keçiriləcək Konqresdəki podiuma çıxıb.
“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.
Baydenlə bərabər fəxri qonaqlar üçün ayrılan zonada seçilmiş vitse-prezident Kamala Harris və səlahiyyət müddəti bitən vitse-prezident Maykl Pens var. Orada, həmçinin ABŞ-ın keçmiş prezidentləri, seçilmiş Prezidentin ailə üzvləri, ABŞ Ali Məhkəməsinin hakimləri, amerikalı qanunvericilər yer alıb.
Mərasimə qatılan qonaqlar koronavirus pandemiyası səbəbindən sosial məsafə qaydalarına uyğun olaraq əyləşdirilib.
***
Bu dəfə andiçmə mərasimində himni Ledi Qaqa ifa edib.
***
ABŞ-ın 46-cı Prezidenti Cozef Bayden ölkəyə və Konstitusiyaya sadiq qalacağına and içib.
Baydenlə yanaşı, Kamala Harris vitse-prezident kimi and içib. Bununla da K.Harris ABŞ-ın 49-cu vitse-prezidenti olub.