Dağlıq Qarabağda rus sülhməramlılar üçün 60 yerlik daha bir modul tipli şəhərcik tikilib.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Rusiya sülhməramlı kontingentinin hərbi personalının Dağlıq Qarabağa yerləşdirilməsi üçün şəraiti yaxşılaşdırmaq məqsədilə Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat mütəxəssisləri ən qısa müddətdə Xaçmaç məntəqəsində 60 yerlik daha bir modul tipli şəhərcik inşa etdilər”, - deyə açıqlamada qeyd olunub.
Bunun sülhməramlı kontingentin hərbi heyəti üçün inşa edilən dördüncü belə qəsəbə olduğu qeyd edilib.
Qeyd edək ki, blok modullu şəhərciklər gündəlik həyati təminat sistemlərin bütün zəruri komponentləri (enerji təchizatı, istilik sistemi, hamam otaqları, su təchizatı, kanalizasiya) ilə təchiz olunmuş tam funksional yaşayış məntəqəsidir.