Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“İnsanlar içinə çıxmadan Tarif Şurası hansı hüquqla qiyməti qaldırır?!“ - Deputatdan SƏRT TƏNQİD

“İnsanlar içinə çıxmadan Tarif Şurası hansı hüquqla qiyməti qaldırır?!“ - Deputatdan SƏRT TƏNQİD

Milli Məclisin iclasında deputat Tahir Kərimli Tarif Şurasını tənqid edib.

SHOWNEWS.AZ xəbər verir ki, onun fikrincə, kimlərsə müharibədə əldə etdiyimiz qələbəni gözdən salmağa çalışır:

“Zəlzələni də əvvəldən bilmək olmur, Tarif Şurasının qərarını da... İnsanlar içinə çıxmadan Tarif Şurası hansı hüquqla qiyməti qaldırır?! Təcili Tarif Şurasını ya ləğv etməliyik, ya da qiymətlərlə bağlı məsələyə Milli Məclisin nəzarəti ilə qərar verməliyik. Mən narahatlığımı ifadə edirəm. Belə olmaz”,- deyə T.Kərimli əlavə edib. 
// oxu.az